Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ son günlərdə Çinə səfər edənləri ölkəyə buraxmayacaq

ABŞ son günlərdə Çinə səfər edənləri ölkəyə buraxmayacaq

Tarix: 3 Fevral 2020 08:42

ABŞ son 14 gün ərzində Çinə səfər etmiş amerikalılara məhdudiyyətlər, əcnəbilərin ölkəyə girişinə isə qadağa qoyur.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "ABŞ-a gələcəkləri vaxtdan başlayaraq son 14 gün ərzində Çinə səfər edən xarici vətəndaşların ölkəyə girişinə icazə verilməyəcək".

Qeyd edilir ki, ABŞ-da yaxın qohumları olanlar, ABŞ-da yaşayanlar və uçuş heyətlərinin üzvləri üçün istisnalar olacaq.

Son 14 gün ərzində Hubeydə olan ABŞ vətəndaşları isə ölkəyə döndüklərində 14 gün məcburi karantinə qalmalı olacaqlar.

Milli.Az


Etiketlər:  ABŞ son günlərdə Çinə səfər edənləri ölkəyə buraxmayacaq


RƏYLƏR