Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 09:34
İtaliyanın Səhiyyə naziri Roberto Sperenza bütün dünyanı sevindirəcək xəbəri verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nazir yeni növ koronavirusu izolə etdiklərini açıqlayıb:
"Virusu izolə etdik. İtaliya Avropada bunu bacaran ilk ölkə oldu. Bunun mənası isə belədir: virus üzərində daha yaxşı işləməyə və yayılmasının qarşısını almağa şərait yaranıb. Artıq virusa qarşı vaksinin hazırlanması asanlaşacaq. Xəstəliyə qarşı müalicə metodlarını müəyyənləşdirmək də sürətlənəcək. Bu məlumatı bütün elm dünyasına təqdim edirik".
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxma halı qeydə alındıqdan sonra Çinə uçuşlar dayandırılıb. Çinin Uhan şəhərindəki 60-dək italiyalı isə sabah ölkələrinə təxliyə olunacaqlar.