Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək

Tarix: 3 Fevral 2020 10:06

Bakı. Trend:

ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini monitorinq etmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Trend secki-2020.az saytına istinadən xəbər verir ki, ATƏT PA-nın mətbuat xidmətindən bildirilib ki, missiya Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.

Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib, ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ATƏT nın çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ