Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 14:46
14:43
Türkiyə Müdafiə Nazirliyinin verdiyi açıqlamada İdlibdə Bəşər Əsəd tərəfdarlarının atəşləri nəticəsində 4 türk əsgərinin şəhid olduğu, 9 əsgərin yaralandığı bildirilib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, həmçinin rejimin bir avtomobili vurması nəticəsində 7 sivil vətəndaş həyatını itirib. Bununla da Türkiyə tərəfindən ölənlərin sayı 11 olub. Hal-hazırda bölgədə atışmalar davam etməkdədir.
Bölgədə türk qüvvələrinin təsbit etdiyi nöqtələrə raket zərbələri endirməsi belə görüntülənib:
---------
10:06
Türkiyə ordusunun 4 əsgəri Suriyada şəhid olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Suriya Ordusunun İdlibə başladığı əməliyyat davam edir. Dünən gecə şəhər top atəşinə tutulub.
Nəticədə Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9-u isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Elçin Əlixan