Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gədəbəydə “Ford Transit” VAZ-la toqquşub - 1 ölü

Gədəbəydə “Ford Transit” VAZ-la toqquşub - 1 ölü

Tarix: 3 Fevral 2020 12:09

Bakı. Trend:

Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-də saat 10 radələrində Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində Plankənd kənd sakini A.Ələkbərovun idarə etdiyi “Ford Transit” və Şəmkir rayon sakini S.İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə S.İsmayılovun sərnişinlərindən Azər Səfərov hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə A.Ələkbərov və onun sərnişini xəstəxanaya yerləşdiriliblər.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gədəbəydə Ford Transit toqquşub ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ