Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 14:20
Xəbər çıxmışdı ki, Məmmədbağır Bağırovla sevgiliyik. Çox nahaq yerə. Onun yaxşı ailəsi, gözəl də sevgilisi var idi.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva qonaq olduğu "Toliklə Səmimi" verilişində deyib.
Sənətçi bir zamanlar haqqında çıxan şayiələrə aydınlıq gətirib:
"Nazpəridən də xoşu gəlirdi deyə, ona mahnı yazırdı. O zamanlar subay idi. Sonra böyük sevgisi həkim bir qıza oldu. Ailə qurmasa da, əli əlində öldü. 20 il onunla oldu. Ailəsini də sevdi, qızı da. Yoldaşı rəhmətə gedəndən sonra deyirdilər ki, Məmmədbağır məni alıb. O, namuslu idi. Belə şey yox idi. Düzü, qadından da çox şey asılıdır. Tərəf müqabili yumşaq olsa, hər şey olardı".