Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Türk hərbçilərinə hücumun cavabı ikiqat veriləcək

Ərdoğan: Türk hərbçilərinə hücumun cavabı ikiqat veriləcək

Tarix: 3 Fevral 2020 16:08

Bakı. Trend:

Türkiyə İdlibdəki hücumun cavabını ikiqat verib, verməyə də davam edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, təxminən 40 nöqtə davamlı əməliyyat hədəfləri arasındadır və həmin hədəflər həm fırtına özüyeriyən artilleriya qurğusu (Ö.A.Q.), həm də F-16 ilə vurulmağa davam edir:

“Ölkəmizin, millətimizin və idlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün keçirdiyimiz əməliyyatları davam etdirməkdə qərarlıyıq. Belə alçaq hücumlarla Türkiyənin iradəsini sınayanlar böyük bir səhv etdiklərini anlayacaqlar.”

Türkiyə Prezidenti bəyan edib ki, Ankara geri çəkilməyəcək:

"Əməliyyatlar davam edir və ilkin məlumatlara görə Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib”.

R.T.Ərdoğan Rusiya tərəfinə də xitab edib: "Burada qarşı tərəf siz yox, rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın".

Qeyd edək ki, Suriyanın İdlib əyalətində artilleriya zərbələri nəticəsində 4 Türkiyə hərbçisi həlak olub, daha 9 hərbçi yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərdoğan Türk hərbçilərinə hücumun cavabı ikiqat veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ