Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Kulinarları Konqresə toplanır

Azərbaycan Kulinarları Konqresə toplanır

Tarix: 3 Fevral 2020 17:20

Bakı. Trend:

Bulvar Hoteldə 4 fevral 2020-ci il tarixində 11:00-da "Azərbaycanın Kulinarlarının Konqresi" keçiriləcək.

Trend-in məlumatına görə, bu genişmiqyaslı tədbirin təşkilatçıları "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyidir.

Assosiasiya nümayəndələrinin sözlərinə əsasən, üç yüz nəfərin iştirakı planlaşdırılan Konqres çərçivəsində müxtəlif təqdimatlar və mütəxəssislərin çıxışları keçiriləcək.

Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan” sərgisi çərçivəsində keçiriləcək “Qızıl Şah” çempionatını xüsusilə qeyd etmək lazımdır. Konqresin qonaqları, həmçinin Assosiasiyanın 2019-cu il üçün görülən işlərin hesabatı, Assosiasiyada korporativ iştirakın təqdimatı və 2020-ci il üçün təşkilat planları ilə tanış ola bilərlər.

Qeyd edək ki, Azərbaycanın iki Kulinariya Assosiasiyasından biri olan "Azərbaycanın Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birlikdir. Aşpazların təşəbbüs qrupu əsasında yaradılan və rəsmi qeydiyyata alınan Assosiasiya 2019-cu ildə aktiv işlərə başlayıb. İctimai Birlik ilk dəfə Azərbaycanda daxili aşpazlar çempionatını keçirib, Chefs.az onlayn portalını istifadəyə verib. Assosiasiyanın üzvləri müxtəlif beynəlxalq yarış və tədbirlərdə fəal iştirak edirlər. 2019-cu ildə Assosiasiya BƏƏ, Rusiya, Ukrayna, İtaliya, Fransa, Monteneqro, Şimali Makedoniya, Gürcüstan, Almaniya və s. kimi ölkələrdə keçirilən tədbirlərə qatılıb və milli qastronomiyanı təqdim etdi.

Assosiasiyanın fəaliyyəti haqqında daha çox məlumatı təşkilatın rəsmi veb saytında https://chefs.az/ əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Kulinarları Konqresə toplanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ