Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlər xəstəliklərin diaqnostikası və müalicəsi üçün “ağıllı” sarğı hazırlayıblar

Həkimlər xəstəliklərin diaqnostikası və müalicəsi üçün “ağıllı” sarğı hazırlayıblar

Tarix: 4 Fevral 2020 07:32

Çin alimləri daha səmərəli müalicəni təmin edən "ağıllı" sarğı hazırlayırlar. Belə sarğı orqanizmdə bakterial infeksiyanın mövcud olması haqqında məlumat verməklə yanaşı, həm də xəstəyə optimal dozada dərman daxil edə bilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, həkimlər çox vaxt xəstələrə tam sağalana kimi antibiotik təyin edirlər. Ancaq bəzən bu, infeksiyada müəyyən antibiotiklərə qarşı immunitet formalaşmasına səbəb olur və müalicə müddəti uzana bilər. Çin alimlərinin sözlərinə görə, onların yeni hazırlaması bu problemi aradan qaldırır.

Xəstədə bakterial infeksiya olduğu halda sarğı xəstəliyin daxil edilən dərmanlara qarşı davamlılığını göstərmək üçün öz rəngini dəyişdirir. Bundan başqa, sözügedən sarğı yalnız zərurət olduqda orqanizmə antibiotik daxil edə bilər.


Etiketlər:  Həkimlər xəstəliklərin diaqnostikası müalicəsi üçün ağıllı sarğı hazırlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ