Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Getmək istədiyi ölkəni açıqladı

Getmək istədiyi ölkəni açıqladı

Tarix: 4 Fevral 2020 08:08

"Leypsiq"in hücumçusu Timo Verner komandasını dəyişmək niyyətindədir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 23 yaşlı forvard daha iddialı komandada oynamağı planlaşdırır.

Bunu Almaniya yığmasının üzvü özü etiraf edib: "23 yaşında bir mövsümdə 20 qol vurursansa, səninlə maraqlananların olması normaldır. Çempionlar Liqasını qazanmağı hədəfləyən bir klubdan təklif olduqda sən özün ora keçməkdə maraqlı olursan. Yəqin ki, bütün futbolçular belə düşünürlər. Mənim də legioner olmaq xəyalım var. Ancaq konkret hansısa komandada oynamaq barədə düşünməmişəm. Məsələn, İngiltərə Premyer Liqasına yollanmağı çox istərdim. Amma digər ölkələrdən gələcək ambisiyalı təklifə də "yox" demərəm".

Qeyd edək ki, Timo Vernerin "Leypsiq"lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Getmək istədiyi ölkəni açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ