Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tesla şirkəti rüb ərzində rekord sayda elektromobil istehsal edib

Tesla şirkəti rüb ərzində rekord sayda elektromobil istehsal edib

Tarix: 4 Fevral 2020 08:44

Tesla şirkəti 2019-cu ilin dördüncü rübündə öz istehsalat gücünü 23% yüksəldərək 112.000 elektromobilə çatdırdı. Şirkətin hesabatına əsasən bu, rüb üzrə rekord göstəricidir. Tesla-nın məfəət və ümumi gəlir göstəriciləri analitiklərin proqnozlarından yüksək olub. Bu barədə Rusbase saytı xəbər verib. Beləliklə Tesla-nın mənfəəti 2% yüksələrək 7.4 milyard dollar təşkil edib. 2018-ci ilin dördüncü rübündə isə bu göstərici 7.2 milyard dollar təşkil etmişdi. Şirkətin təmiz gəlir göstəricisi isə 25% aşağı düşərək 105 milyon dollar təşkil edib. 2018-ci ilin dördüncü rübündə şirkətin təmiz gəliri 140 milyon dollar təşkil etmişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, mütəmadi olmayan xərcləri nəzərə almadan Tesla-nın gəliri 12% yüksələrək 386 milyon dollar təşkil edib. The Wall Street Journal-ın verdiyi məlumata əsasən Tesla-nın nəticələri Wall Street-in gözləntilərini üstələyib. Analitiklər proqnoz edirdilər ki, şirkətin mənfəəti 6.99 milyard dollar təşkil edəcək. Bütün 2019-cu il ərzində şirkət 862 milyon dollar təmiz vəsait itkisi yaşayıb. Bu isə 2018-ci ildəki təmiz vəsait itkisindən aşağıdır. Belə ki, həmin ildə Tesla 976 milyon dollar təmiz vəsait itkisi yaşamışdı.

Şirkətin illik mənfəəti 25 milyard dollar təşkil edib. 2018-ci ildə bu göstərici 21.4 milyard dollar idi. Geridə qalmış il ərzində Tesla 367.000 elektromobil istehsal edib. Bu il isə şirkət istehsal gücünü yüksəldərək 500.000 istehsal edilmiş elektromobil göstəricisini əldə etməyi planlaşdırır. Tesla şirkətinin nəticələri və proqnozları investorları sevindirib. Nəticədə NASDAQ birjasındakı hərracların sona çatmasından sonra Tesla-nın səhmlərinin qiyməti 11% yüksəlib. Qeyd etmək lazımdır ki, şirkətin səhmləri keçən ilin oktyabr ayından bahalaşmağa başlayıb. Həmin vaxtdan indiyənə kimi səhmlərin qiyməti 120% yüksəlib.

Milli.Az


Etiketlər:  Tesla şirkəti rüb ərzində rekord sayda elektromobil istehsal edib


RƏYLƏR