Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehdiabadda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Mehdiabadda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Tarix: 20 May 2019 15:36

Bakı. Trend:

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Mətləb Əliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 18-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini A.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mətləb Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada dünyasını dəyişib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mehdiabadda avtomobillə vurulan piyada xəstəxanada ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ