Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 10:27
Bakı. Samir Əli - Trend:
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan-İran sərhəddində narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib.
DSX-dan Trend-ə verilən məlumatda bildirilir ki, son müddət ərzində Azərbaycan-İran dövlət sərhədində külli miq-darda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Dövlət sərhəddinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində cari ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınmış, 4 nəfər Azərbaycan Respublikasının və 2 nəfər İran İslam Respublikasının vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 halda ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınmışdır. 26 yanvar tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmış, qaçaqmalçı əlindəkiləri ataraq geri qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 1 ədəd kisənin içərisində ümumi çəkisi 1 kq 900 qram narkotik va¬sitə aşkar olu¬naraq götürülmüşdür.
01 fevral tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub¬likasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılmış və sərhəd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılmışlar. Saxlanılan şəxslərin İran İslam Respublikasının vətəndaşları 1980-ci il təvəllüdlü Rza Zend Xanhüseyn və 1986-cı il təvəllüdlü Muradi Talıb Bayram olması müəyyənləşdirilmişdir. Sərhəd pozucularının üzərinə baxış zamanı ümumi çəkisi 9 kq 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin 1 ədəd SUR-2608 markalı tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar olunaraq götürülmüşdür.
02 fevral tarixində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmış, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq geri qaçmışlar. Ərazidə axtarış tədbirləri keçirilmiş, 2 ədəd çantanın içərisində ümumi çəkisi 16 kq 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürül¬müşdür.
Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılmış, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılmışdır.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin