Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda tutulan ABŞ casusu edam olunacaq

İranda tutulan ABŞ casusu edam olunacaq

Tarix: 4 Fevral 2020 15:46

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq edən Əmir Rəhimpur tezliklə edam olunacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib.

Onun sözlərinə görə, casusla əlaqədar İranın Ali Məhkəməsi qərarı təsdiqləyib.

İsmaili əlavə edib ki, bu casus zəhməthaqqı olaraq qeyd olunan qurumdan külli miqdarda pul alıb və İranın nüvə məlumatlarının bir hissəsini ötürməyə çalışıb.

İranlı rəsmi bildirib ki, son vaxtlar İranda xeyriyyə fondu adı altında fəaliyyət göstərən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casuslarından 2 nəfər aşkarlanaraq saxlanılıb. Onlar casusluq cinayəti ilə əlaqədar 10 il, təhlükəsizlik əleyhinə cinayət ilə əlaqədar 5 il azadlıqdan məhrum ediliblər.

İsmaili qərarların qəti olmadığı üçün adları açıqlamayıb.


Etiketlər:  İranda tutulan ABŞ casusu edam olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ