Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 16:30
Bakı. Trend:
Azərbaycan 2020-ci il “Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 63-cü yeri tutub.
Trend-in məlumatına görə, bu nəticə ilə Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə lider ölkə olub.
Həmin reytinqdə Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “Qlobal atəş gücü” reytinqi tərtib olunarkən 50 fərqli amil nəzərə alınır. Buraya aviasiya, zirehli texnika, hərbi-dəniz qüvvələrinin sayı və gücü, eləcə də təbii ehtiyatlar, insan ehtiyatları, nəqliyyat və logistika imkanları daxildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin