Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 17:45
Nazirlər görmüşəm ki, nəvələrinin qabağında iməkləyirlər.
Sonxeber.net xəbər verir ki, bunu Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda 54 yaşında üçüncü dəfə ata olan müğənni Tacir Şahmalıoğlunu tənqid atəşinə tutanlar barədə danışarkən deyib.
Tolik Taciri yeni doğulan körpəsini çimizdirərkən çəkdiyi videoya görə qınayanları başa düşmədiyini bildirib:
"Bala şirindir, nəvə şirindir. Onun üçün "Atam müğənnidir", "Atam prokurordur", "Atam nazirdir" - belə bir anlayış yoxdur. Övlad dünyaya ata-ana üçün gəlir. Bəs onun üçün iməkləmək, onu boynunda gəzdirmək hansı statusla ayıbdır?! Statusunuz "kreslo"nuzdadır. İşə getdin səhər saat 9-dan axşam 6-ya kimi, vəssalam. Ondan sonra siz ailənizin içindəsiniz. Bu, nə deməkdir ki, "Tacir övladını çimizdirdi", əcəb etdi. Mən sənə deyirəm hələ vannaya da gir onunla bir yerdə".
Məhəmməd Vaqif