Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 23:12
Sağlığında bu problemləri olanlar günə cəmi 2 ədəd banan yeməklə, vəziyyətlərini yaxşılaşdıra bilər.
Sonxeber.net medicina.az-a istinadən bananın sizə nələrdə kömək edə biləcəyini təqdim edir.
1. QIŞ depressiyası
Soyuq aylarda günəş işığı və vitamin çatışmazlığından insanlar daha çox depressiya, maniya, xandra, nevroz və təşviş pozuntusundan əziyyət çəkir.
Əhval ruhiyyənin yerlə süründüyü bir vaxtda, 1-2 banan qanda olan triptofanı artıracaq, o da öz növbəsində beyində serotonin hormone sintezini çoxaldacaq. Nəticədə həyatınızdan razı olacaqsız.
2. Yüksək qan təzyiqi
Bananda olan kaliy ürək damar sistemini aktivləşdirir, təzyiqi salır, insult və infarktın qarşısını alır.
Ürək xəstəliyi olan yaşlı insanlar üçün gündə 2 ədəd banan mütləqdir.
3. Qanazlığı, anemiya
Almadan sonra banan dəmirlə zəngindir. Qanda hemoqlobin və eritrositləri artırır. Qanazlığı olanlara vacib qidadır.
4. Mədə xorası, yarası
Xorası olanlara hər meyvə, qida məsləhət deyil. Az-az və tez-tez yemək lazımdır. Banan mədə divarını örtərək, onu sanki qoruyur. Ona görə hər yeməkdən 1 saat əvvəl bir ədəd banan yemək belə adamların ağrısını azaldar.
5. Energetik içki əvəzi
Banan təmiz sürətli karbohidratlardan ibarətdir. Dərsdən, hazırlıqdan, idmandan sonra 2 banan sizə enerji verəcək.