Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterreş ABŞ-ı diplomatlarla əlaqəli viza problemlərini həll etməyə çağırıb

Quterreş ABŞ-ı diplomatlarla əlaqəli viza problemlərini həll etməyə çağırıb

Tarix: 5 Fevral 2020 03:04

Bakı. Trend:

BMT-nin Nyu Yorkdakı işində iştirak etmək niyyətində olan müxtəlif ölkələrin diplomatlarına Amerika vizalarının verilməsi məsələsi həll edilməlidir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quttereş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vizalarla əlaqəli vəziyyətin yoluna düşməsi həddən artıq vacibdir.

A.Quterreş bildirib: "Milli təhlükəsizliklə bağlı hər hansı bir məhdudiyyət üçün bəhanələr ola biləcəyi vəziyyətlər var. Ancaq vəziyyət normallaşdırılmalıdır - BMT-nin fəaliyyət göstərməsi üçün normal şərait lazımdır, yəni vizalar mütəmadi olaraq verilməlidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Quterreş ABŞ diplomatlarla əlaqəli viza problemlərini həll etməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ