Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 07:22
Litvada aparılan sorğunun nəticələrinə görə, ölkənin dörd sakinindən üçü iqlim dəyişikliyinin onların sağlamlığına təhlükə yaratdığını düşünür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sorğunun nəticələrinə əsasən, dörd respondentdən üçü qlobal istiləşməyə insanın təsərrüfat fəaliyyətinin təsir göstərdiyini hesab edir. Respondentlərin 62,8 faizi isə iqlim dəyişikliyini azaltmaq məqsədilə həyat tərzini dəyişdirməyə hazır olduqlarını söyləyib.
Sorğu nəticəsində o da məlum olub ki, iqlim dəyişikliyini daha çox gənclər və təhsil səviyyəsi yüksək olan respondentlər hiss edirlər.