Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 08:18
BMT-nin Nyu Yorkdakı işində iştirak etmək niyyətində olan müxtəlif ölkələrin diplomatlarına Amerika vizalarının verilməsi məsələsi həll edilməlidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quttereş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vizalarla əlaqəli vəziyyətin yoluna düşməsi həddən artıq vacibdir.
A.Quterreş bildirib: "Milli təhlükəsizliklə bağlı hər hansı bir məhdudiyyət üçün bəhanələr ola biləcəyi vəziyyətlər var. Ancaq vəziyyət normallaşdırılmalıdır - BMT-nin fəaliyyət göstərməsi üçün normal şərait lazımdır, yəni vizalar mütəmadi olaraq verilməlidir".