Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 09:06
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr Səsvermə gününə 24–3 gün qalanadək, yəni 2020-ci il yanvarın 16-dan fevralın 6-dək verilməlidir.
Fevralın 6-da, həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin