Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 09:46
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlayıb.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, insanların təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir çox kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılıb. Hazırda bu qurğulara "Azərsu" ASC tərəfindən xidmət göstərilir:
"Modul tipli təmizləyici qurğularla bağlı real vəziyyəti müəyyən etmək üçün artıq monitorinqlərə başlanılıb. Qurğuların vəziyyəti ilə bağlı monitorinqlər keçirildikdən sonra nəticələr hökumətə təqdim olunacaq".