Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 16:51
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.
Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var. Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.
Qeyd edək ki, Rəşad Camalov Azərbaycanın Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun oğludur.