Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 17:04
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyən namizədlər üçün işə qəbul prosesinə başlanılıb.
Sonxeber.net xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, informasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma və avtomobil ixtisasları üzrə təşkil edilən işə qəbul prosesi fevralın 28-dək davam edəcək.
Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilli olmalı, sənaye təcrübəsi, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdır.
Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək.
Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini "Mövzu" hissəsində qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.