Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 19:22
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
Trend bu barədə M.Çavuşoğlunun "Twitter" hesabına istinadən məlumat verir.
M.Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.
Türk Şurası üzvləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, eləcə də müşahidəçi ölkə Macarıstanın xarici işlər və ticarət naziri Türk Şurasının gündəmində olan təxirəsalınmaz məsələləri müzakirə etmək üçün görüşəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin