Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 00:52
Bakı. Trend:
"Fənərbağça" futbol klubu Türkiyə Superliqasının XXXIII turu çərçivəsində “Ərzurumspor”un qonağı olub.
Trend-in məlumatına görə, "Kazım Qarabəkir" stadionunda keçirilən "Ərzurumspor" – “Fənərbağça” matçı qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 59-cu dəqiqədə penalti zərbəsindən Viktor Mozes vurub.
Qeyd edək ki, Türkiyə superliqasında “Qalatasaray” klubu artıq çempionluğunu rəsmiləşdirib. "Fənərbağça" komandası 43 xalla 8-ci, “Ərzurumspor” isə 32 xalla 17-cü pillədə - autsayderlər sırasında qərarlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin