Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 07:30
İngiltərədə musiqi festivalında narkotik satan gənc oğlan səhvən narkotikin qiymətini polisə mesajla göndərib.
Sonxeber.net xəbər verir ki, qərbi Yorkşirdə musiqi festivalında narkotik satan 22 yaşlı Martinas Benosenkonun başına maraqlı hadisə gəlib. O daha çox narkotik satmaq üçün bütün malların qiymətini hesablayıb mesaj olaraq alıcılarına göndərib. Lakin həmin mesajı səhvən polisə də göndərən gənc saxlanılıb.
Belə ki, o saxlanılarkən üzərində külli miqdarda kokain aşkarlanıb. Martinasa 3 il 4 ay müddətində həbs cəzası verilib. (ölkə.az)