Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Uxandakı vətəndaşlarını və tələbələrini təxliyə etməyəcək

Bu ölkə Uxandakı vətəndaşlarını və tələbələrini təxliyə etməyəcək

Tarix: 6 Fevral 2020 07:36

Kamboca Krallığının Baş Naziri Hun Sen Çin Xalq Respublikasına (ÇXR) səfərə gəlib. O, koronavirusun yayılmasından sonra Çinə səfər edən ilk xarici dövlət rəhbəridir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Baş Nazir Hun Sen özünün "Facebook" səhifəsində səfər zamanı ÇXR Sədri Si Cinpin və Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyan ilə görüşəcəyini deyib.

Hun Sen bundan başqa, koronavirusun yeni növünün aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərinə səfər edərək oradakı kambocalı tələbələrlə görüşməyi planlaşdırdığını yazıb. O, ölkəsinin Çinə dəstək olaraq hava əlaqəsini kəsməyəcəyini, Uxandakı vətəndaşlarını və tələbələrini təxliyə etməycəyini bildirib.

Çin rəsmi qurumları Kamboca Baş Nazirinin karantində olan Uxan şəhərinə səfəri barədə açıqlama verməyib.


Etiketlər:  ölkə Uxandakı vətəndaşlarını tələbələrini təxliyə etməyəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ