Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı futbolçudan Çexiya klubunda 4-cü qol

Azərbaycanlı futbolçudan Çexiya klubunda 4-cü qol

Tarix: 6 Fevral 2020 10:02

Çexiyanın "Viktoriya" (Jijkov) klubu növbəti yoxlama oyununu keçirib.

Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, Azərbaycanın U-21 yığmasının hücumçusu Fərid Nəbiyevin formasını geyindiyi bu komanda Çexiyanın digər klubu "Beneşov"la qarşılaşıb.

Dörd qolun qeydə alındığı matç "Viktoriya"nın qələbəsiylə başa çatıb - 3:1.

Fərid də bu görüşün iştirakçısı olub. İkinci hissədə meydana buraxılan azərbaycanlı forvard komandasının sonuncu qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, bu, Nəbiyevin qışda transfer olunduğu "Viktoriya"da 4-cü qoludu. O, daha öncə "Budeyoviçe" ilə yoxlama oyununda (7:1) het-trikə imza atmışdı.


Etiketlər:  Azərbaycanlı futbolçudan Çexiya klubunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ