Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 08:28
Bakı. Trend:
Meksikanın Oahaka və Tamaulipas ştatlarında atışma nəticəsində 10 nəfər ölüb.
Trend-in məlumatına görə, Oahakada naməlum şəxslər yolun kənarında görüşmək üçün toplaşan bir qrup şəxsə atəş açıb. Atəş nəticəsində 4 qadın və 2 kişi öldürülüb. Hücumun səbəbi məlum deyil, cinayətkarlar azadlıqdadır.
Eyni zamanda Tamaulipas ştatında hərbçilər silahlıları avtomobildə izləyərkən onlarla nəticədə qarşıdurmaya giriblər. Hərbçilərdən biri yaralansa da, cinayətkar qruplaşmanın 4 üzvü məhv edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin