Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi ''Barselona''dan ayrılır?

Messi ''Barselona''dan ayrılır?

Tarix: 6 Fevral 2020 12:10

"Barselona"nın futbolçusu Lionel Messi bu mövsümün sonu Kataloniya klubunu tərk edə bilər.

Qol.az xəbər verir ki, bu barədə İtaliyanın  “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu klubdakı son hadisələrdən sonra əsəbiləşib. Onun hər şeyə görə məsuliyyət daşımaqdan narazı olduğu vurğulanıb.

ESPN nəşri isə yazıb ki, 32 yaşlı oyunçu klubdan ayrılmağa qərar versə, onu "Mançester Siti" heyətinə qatmağı planlaşdırır. İngiltərə təmsilçisinin digər klublarla müqayisədə Messini transfer etmək şansının daha çox olduğu bildirilib. Çünki onun "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola və idman direktoru Ferran Soriano münasibətlərinin yaxşı olduğu xatıladılıb.

Xəbərdə o da qeyd olunub ki, Messinin Kataloniya təmsilçisi ilə  2021-ci ilin yayında başa çatacaq müqaviləsində bu ildən azad agent olmaq hüququ ilə bağlı seçim var.

Qeyd edək ki, Messi  "Barselona"nın idman direktoru Erik Abidalla münaqişə yaşayıb.

 


Etiketlər:  Messi Barselonadan ayrılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ