Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 14:44
Milan-Boloniya marşrutu ilə hərəkət edən "Freççarossa" sürət qatarı Lodi əyalətində relslərdən çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər həlak olub. Onlardan biri qatarın maşinisti, digəri isə dəmir yolunda işləyən fəhlə olub. Nəşrin məlumatına görə, daha 30 nəfər yaralanıb.
Qəzanın səbəbləri hələlik məlum deyil.