Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 16:06
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonundakı "Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Sonxeber.net xəbər verir ki, TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2 ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.
Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.