Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 17:20
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının idarə heyətinin sədri Teybə Quliyeva və palatanın üzvləri ilə görüşüb.
Sonxeber.net xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, görüşdə qurumun fəaliyyəti, kiçik və orta sahibkarlara göstərdiyi dəstək tədbirləri, KOB sahəsində xarici təşkilatlarla, o cümlədən agentliyin ötən il Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə əməkdaşlığa başladığı barədə məlumat verilib. KOBİA və palata arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığı görüşdə qadın və gənc sahibkarların bilik və bacarıqlarının genişləndirilməsi, KOB-ların məşğulluqda rolunun artırılması, maliyyə resurslarına və xarici bazarlara çıxışı, KOB-ların iştirakı ilə birgə forumun təşkili, Fransanın dövlət-özəl tərəfdaşlığı sahəsində uğurlu təcrübəsinin öyrənilməsi perspektiv əməkdaşlıq istiqamətləri kimi qeyd edilib.