Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 17:58
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqının artımı məsələsinə münasibət bildirib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin qarşısında duran əsas məqsəd ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarığının diaqnostik qiymətləndirməsini həyata keçirmək idi:
"Təbii ki, qiymətləndirmədən sonra müəyyən olunan məqsədlər bundan sonra gerçəkləşdiriləcək. Yəqin ki, müvafiq təşkilatlar qarşısında da bu məsələ qaldırılacaq".
Xatırladaq ki, ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron müraciət keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.