Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aylar sonra verilişinə gəldi...

Aylar sonra verilişinə gəldi...

Tarix: 6 Fevral 2020 20:50

Əməkdar artist Yusif Mustafayevlə aparıcı Zaur Kamal barışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ötən gün Zaurun "5/5" verilişinin qonağı olub. Onlar proqram boyunca bir-birinin ünvanına təriflər deyib, aralarında yaşanan qalmaqaldan danışmamağa çalışıblar.

Qeyd edək ki, Zaur Y.Mustafayevin villasını çəkmiş və verilişdə nümayiş etdirmişdi. Bu isə ifaçını özündən çıxarmışdı. Mustafayev aparıcının ünvanına "Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Etmirəm, lazım deyil. Mənim villamdan danışana o gün biri yaxşı cavab verdi. Qayıtdı ki, sən 35 mini götürüb, istirahətə gedirsən. Mən xaricə getmirəm, 35 min xərcləmirəm. Bakıda dincəlirəm. Evimi çəkdirən oğlan, özünü yığışdır, sənə ayıb olsun. Get atanın evini çək. İçəri girə bilməyiblər, qələt edirlər. Gəlib, uzaqdan çəkiblər" sözlərini demişdi.

Milli.Az


Etiketlər:  Aylar sonra verilişinə gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ