Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Boeing 737 MAX''ın proqram təminatında yenidən qüsurlar aşkarlanıb

''Boeing 737 MAX''ın proqram təminatında yenidən qüsurlar aşkarlanıb

Tarix: 6 Fevral 2020 23:32

"Boeing" şirkətinin mühəndisləri "737 MAX"ın proqram təminatında yeni problemlərlə rastlaşıblar.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stiven Dikson deyib.

Bildirilir ki, nasazlıq sabitləşmə sisteminin indikatorundadır.

S.Dikson qüsurun təyyarə istismara qaytarılmazdan əvvəl aradan götürülməsinin vacibliyin qeyd edib.

Yanvarın 21-də "Boeing" aviaşirkəti "737 MAX"ın buraxılışının qeyri müəyyən müddətə dayandırılması xəbərini yayıb.

Xatırladaq ki, "Ethiopian Airlines" aviakompaniyasına məxsus "Boeing 737-MAX 8" təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bundan əlavə 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü dünyasını dəyişib.


Etiketlər:  Boeing MAXın proqram təminatında yenidən qüsurlar aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ