Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 01:30
Kanadada neft daşıyan qatar relslərdən çıxıb və partlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, yaxınlıqdakı kəndin bütün sakinləri təxliyə edilib.
Hadisə yerli vaxtla 6:15-də ölkənin cənubunda Saskaçeven əyalətində baş verib. Məlumata görə 25-30 vaqon relslərdən çıxdıqdan sonra partlayış baş verib və nəticədə güclü yanğın olub.
Nəqliyyat Təhlükəsizliyi Agentliyi ölkənin şərqinə gedən qatarın Gernsi kəndindən 2 kilometr aralıqda relslərdən çıxdığını təsdiq edib.
Məlumatda bildirilir ki, 2019-cu ilin dekabrında eyni yerdə neft daşıyan qatarın aşması nəticəsində 1500 tondan çox neft etrafa dağılıb.