Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 07:00
Norveç dünyanın ikinci ən bahalı ölkəsidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu "CEO World" işgüzar jurnalının tərtib etdiyi yeni statistik məlumatlar təsdiq edir. Burada bir sıra tədqiqatların və kütləvi informasiya vasitələrinin məlumatları əsasında 132 ölkədə həyatın səviyyəsi ölçülüb.
Təhlildə hər bir ölkə barəsində beş göstərici - həyatın qiyməti, kirayə haqqı, məhsulların qiyməti, evdən kənarda qidalanma və alıcılıq qabiliyyəti kimi göstəricilər üzrə ballar tərtib edilib. Ölkələrin həyat səviyyəsi ölçülərkən əsas meyar Nyu-York götürülüb. Hansı ölkədə həyatın Nyu-Yorkdan bahalı, yaxud ucuz olduğunu balların miqdarı göstərib. Məlum olub ki, yalnız üç ölkə həqiqətən Amerika meqapolisinin göstəricilərinə çatıb: İsveçrə (122,4), Norveç (101,43) və İslandiya (100,48). Yaponiya bu siyahıda dördüncü yerdə olub.
Beləliklə, Norveç 2020-ci ildə dünyada ikinci ən bahalı ölkə hesab edilib.
İri ölkələr arasında Böyük Britaniya 27-ci (67,28), Almaniya 29-cu (65.26), ABŞ 20-ci (71,05), və Kanada 24-cü (67,62) yerləri tutublar.