Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 08:34
Yaponiyanın "Diamond Princess" kruiz gəmisində koronavirusuna yoluxanların sayı 61-ə çatıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, daha avvəl bu sayın 20 olduğu bildirilirdi.
Qeyd edək ki, laynerin göyərtəsində 3700 sərnişin və ekipaj üzvü olub. Gəmi yanvarın 20-də Yokohamadan ayrılıb və fevralın 3-də geri dönüb.
Çin hakimiyyəti 31 dekabrda Vuhanda yeni növ virus barədə məlumat verib. Mütəxəssislər bunun 2019-nCoV coronavirus olduğunu təyin ediblər. Çində virusa yoluxanların sayı 28 minə, ölənlərin sayı isə 636-ə çatıb.