Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 13:22
“Keşlə” bu mövsüm ev oyununu ilk dəfə doğma meydanı “ASK Arena”da keçirəcək.
Qol.az xəbər verir ki, 2019-cu ilin sentyabrından başlayaraq “ASK Arena”nın süni qazonu yenisi ilə dəyişdirilib. Bu səbəbdən həmin vaxtdan “Keşlə” ev oyunlarını orada keçirə bilməyib. Bundan başqa, arenanın oturacaqlarında da müəyyən dəyişiklik edilib.
Qeyd edək ki, “Keşlə” bu gün “ASK Arena”da “Səbail”i qəbul edəcək. Premyer Liqanın 16-cı turunun bu matçı saat 21.00-da başlanacaq.