Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 17:30
"Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 842 beynəlxalq müşahidəçi akreditasiyadan keçib".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov əlavə edib ki, yerli müşahiəçilərin sayı 77721 nəfərə çatıb.
MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 55 ölkəni və 56 təşkilatı təmsil edir. M.Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər həm say baxımından kifayət qədərdir, həm də çoğrafi baxımdan kifayət qədər əhatəlidir.