Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 11:28
Bakı. Trend:
Nyu Yorkun mərkəzində çoxmərtəbəli bina yanır. Trend-in məlumatına görə, yanğın barədə şəhərin Yanğın Departamenti xəbər yayıb.
Məlumata görə, insident "General Electric" korporasiyasının binasında qeydə alınıb. Yanğının 23-cü mərtəbədə başladığı bildirilir.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Hazırda göydələnin yerləşdiyi Leksinqton-Avenyu 570 ünvanı mühasirəyə alınıb, əraziyə yanğınsöndürmə briqadası cəlb edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin