Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 22:52
Qlobal xaosa səbəb olan Çin koronavirusu ilə bağlı qorxunc görüntü yayılıb.
Sonxeber.net xəbər verir ki, Çinin ən böyük texnologiya və proqramlaşdırma şirkətlərindən olan "Tencent" epidemiyanın statistikasını açıqlayıb.
Siyahıda ölənlərin sayı 24 min 589 nəfər göstərilib. Bundan başqa, 154 min 23 nəfərin virusa yoluxduğu, sağalan xəstələrin sayının 269 olduğu bildirilib. Siyahıya əsasən, 79 min 808 nəfər xəstəliklə mübarizə aparır.
Lakin qısa müddət sonra həmin statistikanın rəqəmləri dəyişdirilib. Bu da insanlarda təşviş yaradıb.
Açıqlanan rəsmi rəqəmlərə görə, 563 nəfər dünyasını dəyişib. 28 min 18 nəfərdə virus tapılıb.
Beynəlxalq mətbuatda açıqlanan rəsmi rəqəmlərlə "Tencent"in yanlışlıqla yayımladığı rəqəmlər arasında 80 qat fərq olduğu vurğulanıb. Dünya ictimaiyyəti bu görüntülərin ortaya çıxmasından sonra "Çin hökuməti bilgiləri gizlədir. Bu rəqəmlər gerçəkdir" şərhlərini paylaşır. (publika.az)