Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 07:12
Ermənistanın Syunik vilayətində 4 erməni hərbi qulluqçusu qar uçqunu altında qalıb, onlardan üçü ölüb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Bildirilib ki, Ermənistan ordusunun müqavilə əsasında çalışan dörd hərbi qulluqçusu uçqun altında qalıb:
"Axtarış-xilasetmə əməliyyatı nəticəsində hərbçiləri tapmaq mümkün olub. Yalnız bir nəfər sağ qalıb".
Xilas edilən Ermənistan ordusunun əsgəri yüngül bədən xəsarətləri alıb. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.