Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 08:12
Müstəqil "AV-Test" təşkilatının mütəxəssisləri 2019-cu ilin sonuna olan vəziyyətə görə "Windows 10" sistemi üçün ən yaxşı antivirus proqramlarının yeni reytinqini dərc ediblər. Araşdırma zamanı 30-dan çox antivirus sınaqdan keçirilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qiymətləndirmə bir neçə meyar üzrə keçirilib: müdafiə, məhsuldarlıq və istifadə rahatlığı. 5-dən yuxarı bal toplayan antiviusların hər bir seçilmiş cədvəl üzrə yüksək göstəricilərə malik olması hesab edilir. Maksimal bal 6-ya bərabərdir.
Aşağıdakı antiviruslar ən çox bal toplayıb: "Bullguard Internet Security", "Kaspersky Internet Security" və "Norton Security". Növbəti yerləri "AhnLab V3", "Avast Free Antivirus", "Avira Pro 15", həmçinin standart "Windows Defender" antivirusları tutublar.