Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 17:18
Fransada daha beş nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Fransanın Səhiyyə naziri Aqnes Buzan bildirib.
O qeyd edib ki, virusa yoluxanlar Böyük Britaniya vətəndaşlarıdır. Onlar bir müddət öncə Sinqapura səfər etmiş bir şəxslə təmasda olduqdan sonra virusa yoluxublar.
Yoluxanlardan birinin uşaq olduğunu qeydə edən Səhiyyə naziri onların vəziyyətinin ağır olmadığını bildirib.
Bununla da Fransada virusa yoluxanların ümumi sayı artıq 11-ə çatıb.