Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 18:40
Müğənni Nadir Qafarzadə həyat yoldaşına etdiyi vəsiyyəti açıqlayıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu haqda ifaçı qonaq olduğu "7 canlı" proqramında deyib. O bildirib ki, dünyasını dəyişəndə repertuarındakı "Nəyim qalıb ki..." mahnısının səsləndirilməsini istəyib:
"Sözləri Vahid Əzizə aiddir. Sözləri mənə çox yaxındır. Həyat yoldaşıma da demişəm ki, məni dəfn edəndə bu mahnı olsun. 27 ildir bir yerdəyik. Bilmirəm bundan sonra neçə ilimiz qalıb. Amma yoldaşıma dedim ki, dəfn mərasimimdə bu mahnı olmasa, yaşadığımız illəri sənə halal etmərəm".