Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 22:52
"Qarabağ"ın yeni transferi Ovusu Kvabena Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə qolsuz bərabərə qaldıqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda fikirlərini bölüşüb:
- Asan oyun olmadı. Çünki derbi idi. Hamı udmaq istəyirdi, aqressiv idi. Amma düşünürəm ki, pis alınmadı.
- Bu görüş Azərbaycandakı ilk oyununuz idi. Ümumiyyətlə, buraya gələnə qədər fikrinizdə olanlarla gəlib, gördükləriniz üst-üstə düşdümü?
- Futbol hər yerdə futboldur. Sadəcə sən matça köklənib, öz oyununu nümayiş etdirməlisən.
- İspaniyanın Sequndasından Azərbaycan Premyer Liqasına gəlmisiniz. Ora ilə bura arasında həm futbol, həm azarkeş baxımından və s. çox müqayisəolunmazdır. Buna görə özünüzü ilk baxışdan narahat hiss etmirdiniz?
- Ola bilər ki, Sequnda B-yə daha çox azarkeş gəlsin. Amma futbol tərəfindən geri qalmır.
- "Qarabağ"a keçdiyiniz vaxt problem yaranmışdı. Orada bir məsələ vardı ki, "Kordoba"dan icazəsiz gəlmişdiniz. Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü. Buna aydınlıq gətirə bilərsinizmi?
- Məncə, bu haqda nəsə deməyin zamanı deyil.
- "Kordoba"dan buraya gəlməkdə hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa Avrokuboklarda çıxış etmək?
- Əgər hansısa kluba getmək şansın yaranırsa və bu, sənin xeyrinə olacaqsa, onda gərək o addımı atasan. Yəni, burada Avrokuboklarda oynamaq imkanı qazanırsan.
- Özünüzdə Azərbaycan Premyer Liqasında oynayarkən Qana millisinə çağırılma potensialını görürsünüz?
- Mənə elə gəlir ki, öz işini yaxşı görəcəksənsə, inkişaf edəcəksənsə, milliyə də dəvət olunacaqsan.