Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur yazıçıya aid əşyalar tapılıb

Məşhur yazıçıya aid əşyalar tapılıb

Tarix: 9 Fevral 2020 04:32

İngilis ədəbiyyatının məşhur nümayəndəsi Çarlz Dikkensə aid olan itirilmiş portret, "Devid Kopperfild" əsərinin əl ilə yazılmış nüsxəsi və 25 məktub tapılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, itirilmiş portret, əlyazma və 25 nəşr olunmamış məktub xüsusi kolleksiyaçıdan 1,8 milyon funt sterlinqə satın alınıb.

Tapılan məktublar yazıçının "Milad nəğməsi" əsəri də daxil olmaqla digər romanlarının üzərində işləyən zamankı düşüncələrini əhatə edir.

Əşyalar il ərzində Çarlz Dikkens Muzeyində sərgilənəcəkdir .

Muzeyin direktoru Dikkensin ölümündən 150 il sonra incəsənət ocağına belə zəngin və vacib bir kolleksiyanın gəlməsinin çox xoş olduğunu deyib.


Etiketlər:  Məşhur yazıçıya əşyalar tapılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR